Azərbaycan Polşada keçiriləcək Ümumdünya Şəhər Forumunda təmsil olunacaq

Azərbaycan iyunun 26-30-da Polşanın Katovitsa şəhərində keçiriləcək 11-ci Ümumdünya Şəhər Forumunda və Forum çərçivəsində baş tutacaq sərgidə təmsil olunacaq.

“Report” xəbər verir ki, ölkəmizi sözügedən tədbirlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi təmsil edəcək.

Artıq Azərbaycanın sərgi stendinin hazırlanması ilə bağlı işlərə başlanılıb.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53