Azərbaycan nəqliyyat sahəsində icazə sənədi sisteminə qoşulmağa dəvət edilib

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsində icazə sənədi sisteminə qoşulmağa dəvət edilib.

"Report" xəbər verir ki, bunu QQDİƏT-in Baş Prezidenti Lazar Komanesku QDİƏT URTA Baş Assambleyasının Bakıda keçirilən 42-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu, Qara Dəniz bölgəsində nəqliyyatın sadələşdirilməsi üçün xüsusi təşəbbüsdür: “9 ölkə bu sistemə qoşulub. Biz ölkələrin sayının artırılmasının üzərində işləyirik. Ümid edirik ki, yaxın zamanlarda Azərbaycan da buna qoşular".

Digər xəbərlər