"Azərbaycan Dəmir Yolları" İranla birlikdə həyata keçirilən yük daşımalarında 2 dəfə artım gözləyir

“Azərbaycan 2017-ci ildə İranla birlikdə dəmir yolu ilə 27 min ton yük daşımışdı, 2018-ci ildə isə bu rəqəm 287 min tona çatıb”.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

“Hesablamalar göstərir ki, 2019-cu ildə isə azı 600 min ton yük daşınacaq”, - o əlavə edib. 

Digər xəbərlər