"Azərbaycan Dəmir Yolları" bu il pandemiyadan əvvəlki dövrə nisbətən 92 % çox sərnişin daşıyıb

Bu ilin avqust ayında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus qatarlarla 530 386 sərnişin daşınıb.

"Report" bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 % çoxdur.

Bu ilin yanvar-avqust aylarında isə ADY 4 milyon 284 min 289 sərnişinə xidmət edib ki, bu da, pandemiyadan əvvəlki - 2019-cu ilin eyni dövrü ilə müqayisədə 91,6 % çoxdur

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53