"Azərbaycan Dəmir Yolları" QSC tranzit yükdaşımaları sahəsində artan tələbatı qarşılamaq məqsədilə 605 ədəd konteyner platformasının alınması üzrə satınalma prosesinə start verib.
“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, tranzit yük daşımalarını təmin etmək üçün yetərli sayda magistral və manevr lokomotivlərinin alınması və əsaslı təmiri istiqamətində bir sıra vacib qərarlar qəbul olunub.