Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 2,043 milyon ABŞ dolları dəyərində 2 min 22 ton rels (qara metallardan hazırlanmış) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 84 %, kəmiyyət olaraq – 81,7 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 1,642 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 dəfə çoxdur) 1 min 665 ton (+40 dəfə) və Rusiyadan 400,77 min ABŞ dolları dəyərində (-95 %) 357,42 ton (-95 %) rels alıb.
2022-ci ildə Azərbaycana (6 ölkədən) idxal edilən 30,3 min ton relsin 67,1 %-i Rusiyanın, 26,8 %-i Qazaxıstanın, 6 %-i Çinin payına düşüb.