Bakı. 23 iyul. REPORT.AZ/ "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi son 6 ay ərzində 200-dən çox yol texnikası, maşın mexanizmi alıb".
"Report" xəbər verir ki, bu barədə qurumun Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov yol infrastrukturu üçün yeni alınmış texnikaların təqdimat mərasimində bildirib.
O deyib ki, Çin Azərbaycana 112 adda yol texnikası və maşın mexanizmləri verib. Onun sözlərinə görə, həmin texnikalar Çin tərəfindən texniki yardım şəkildə verilib və texniki yardımın məbləği 8,2 mln dollar civarında olub.
E.Cəfərov qeyd edib ki, Azərbaycan istehsalı olan texnikalar da alınıb.