2023-cü ildə "Azərbaycan Hava Yolları" QSC (AZAL) aldığı borc üçün balans dəyəri 348,65 milyon manat olan 6 təyyarəsini girov qoyub.
"Report" barədə AZAL-ın maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, həmin borc aviaşirkətin icarəyə götürdüyü 3 ədəd "Airbus" markalı hava gəmisi üzrə öhdəliklərin yenidən maliyyələşdirilməsi məqsədilə alınıb.
Hesabatdan o da məlum olub ki, il ərzində AZAL gələcəkdə almağı planlaşdırdığı təyyarələr üçün dövlətdən 125,475 milyon manat vəsait alıb.