AYNA: "AzParking" mobil tətbiqini 70 min nəfər yükləyib"

Azərbaycanda nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi üçün hazırlanmış "AzParking" mobil tətbiqini indiyə qədər 69 990 nəfər yükləyib.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, yeniliyin tətbiq olunduğu 3 həftə ərzində (7-27 avqust) 2 816 nəfər balansın artırılması əməliyyatı həyata keçirib.

Digər xəbərlər

Bakıda 15 istiqamətdə tıxac var 16 dekabr, 2025 / 08:25