ASCO-nun təcrübəli kapitanı vəfat edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Geofizik-1” gəmisinin təcrübəli kapitanı Teymur İsmayılov vəfat edib.

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

T.İsmayılov 25 yanvar 1962-ci ildə Ağdaşda anadan olub. O, ömrünün böyük hissəsini dənizçiliyə həsr edib, 1982-ci ildə Bakı Dəniz Yolları Məktəbinin Gəmi sürücülüyü ixtisasını bitirib. Əmək fəaliyyətinə 1983-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində matros vəzifəsindən başlayıb. Sonrakı illərdə Gəmiçiliyin ayrı-ayrı gəmilərində müxtəlif vəzifələrdə fəaliyyətini davam etdirib. 2016-cı ildə kapitan vəzifəsinə yüksəlib.

Allah rəhmət eləsin!

Digər xəbərlər

AYNA-nın şirkəti rebrendinq edib 18 dekabr, 2025 / 17:09