Almaniyanın milli aviadaşıyıcısı İrana uçuşları bərpa edir

Almaniyanın milli aviadaşıyıcısı - “Lufthansa” şirkəti 1 il 3 aylıq fasilədən sonra ölkənin Frankfurt şəhərindən İranın paytaxtı Tehrana uçuşları bərpa edir.

“Report” xəbər verir ki, bu barədə qonşu ölkənin "Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, aviareyslər aprelin 16-dan həyata keçiriləcək.

Xatırladaq ki, ötən il yanvarın 8-də "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinə məxsus “Boeing 737” təyyarə İran səmasında vurulduqdan sonra “Lufthansa” Tehrana uçuşları dayandırmışdı. Həmin hadisə nəticəsində təyyarənin göyərtəsindəki 176 nəfər ölmüşdü.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28