ADY bu il tranzit yük daşımalarını 11%-dək artırıb

2021-ci ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 3 milyon 769 min ton yük daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% çoxdur.

“Report” bu barədə QSC-nin hesabatına istinadən xəbər verir.

Məlumata görə, yük daşımalarının 1 milyon 901 min tonu və yaxud 50,4%-i beynəlxalq (idxal-ixrac) daşımalar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% çoxdur.

Hesabat dövründə tranzit yük daşımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% artaraq 1 milyon 285 min ton təşkil edib. Daxili yük daşımaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% azalaraq 582 min ton təşkil edib.

Digər xəbərlər

AYNA-nın şirkəti rebrendinq edib 18 dekabr, 2025 / 17:09