ADY: "Biləcəri Texniki Xidmət Məntəqəsində tüstülənmənin qarşısı alınıb"

Bu gün səhər saat 10:35-də "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri Texniki Xidmət Məntəqəsinin dam örtüyündə tüstülənmə hadisəsi baş verib.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ADY-nin yanğınsöndürmə qatarı və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb edilib. Operativ tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Digər xəbərlər