"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Hövsan marşrutu üzrə layihələndirmə işlərinə başlayıb.
"Report"un Kürdəmirə ezam olunmuş müxbiri xəbər verir ki, bunu ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, 28 may-Hövsan marşrutu üzrə həm qatarların alışı, həm də mövcud stansiyaların bərpası, dəmir yolunun təmiri nəzərdə tutulub: "Bu istiqamətdə artıq layihələndirmə işlərinə başlanılıb. Bu marşrut üzrə işlərin 2030-cu ilə kimi bitirilməsi nəzərdə tutulub. Belə ki, biz işlərin 2027-2028-ci illərdə başa çatacağını gözləyirik".