Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb.
Bu barədə "Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur.
Təkcə bu ilin avqust ayı üzrə müvafiq göstərici 50 % artımla 76 min ton olub.
Xatırladaq ki, tikinti işləri yekunlaşmaq üzrə olan Astara Terminalı tam gücü ilə işə düşdükdən sonra illik 3,5-4 milyon ton yükötürmə həcmi ilə regional yük əməliyyatlarını genişləndirəcək.