Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 12 milyon tondan çox yük daşıyıb.
"Report" bu barədə ADY-yə istinadən xəbər verir.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur.
Qeyd olunan dövrdə tranzit daşımaları 5 milyon tona çataraq keçən ilin göstəricisini 12 % üstələyib.
Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 17 %, Şimal-Cənub istiqaməti üzrə isə 24 % artım qeydə alınıb. Ötən il və bu ilin avqust ayları üzrə ümumi yükdaşıma həcmi 32 %, tranzit daşımalar isə 40 % artıb.