Avstraliya dəmir yollarının elektrikləşdirilmə səviyyəsi Azərbaycandakı qədər yüksək deyil.
"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) energetika üzrə mütəxəssisi Kanbin Çjen "Azərbaycan Dəmir Yolları" QSC-nin dekarbonizasiya üzrə layihəsinin təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın külək enerjisi ilə bağlı çox yaxşı resursları var: "Odur ki, dəmir yolu sahəsində də ondan istifadə etmək lazımdır. Bundan başqa, elektrik şəbəkəsi dəmir yolu sahəsi ilə paralel olan sahədir. ADY-nin bununla bağlı öz şəbəkə sistemi var. Doğrudur, bu, Çinin sistemindən kifayət qədər fərqlidir. Çin dəmir yolunun öz elektrik şəbəkəsi yoxdur".
O qeyd edib ki, Avstraliya dəmir yolunun elektrikləşdirilmə dərəcəsi Azərbaycandakı qədər yüksək deyil: "Lakin onlar batareya ilə işləyən lokomotivlərdən istifadə edirlər. Əgər dəmir yol boyu bərpa olunan enerji mənbələri varsa, o, yol boyunca doldurula bilər. Yaxud da mobil telefonların batareyasının dəyişdirildiyi kimi batareyalar dəyişdirilə bilər".