2023-cü ildə Azərbaycanın dəmir yolları ilə 7,1 milyon sərnişin daşınıb.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov deyib.
O bildirib ki, dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 2022-ci ildə 5,2 milyon olub: “2023-cü ildə təqribən 6,8 milyon nəfər sərnişinin daşınması proqnozlaşdırılırdı. Lakin aparılan tədbirlər nəticəsində bu göstərici 7,1 milyona çatıb”.