Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhəti yaxşılaşır.
Bu barədə "Report"a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
Onun sözlərinə görə, atasının müaəlicəsı xəstəxana şəraitində davam etdirilir:
"Hazırda fizioterapiya məşqləri edilir. Bir ay yataq rejimində qaldığından bu proses zəruridir. Qidalanması da normallaşıb".
Səbuhi Vaqifoğlu həmçinin deyib ki, atasının yaxın günlərdə evə buraxılması gözlənilir.