Fuad Poladov: "Müalicəm davam edir"

Bakı. 5 dekabr. REPORT.AZ/ "Müalicəm davam edir".

Bunu "Report"a açıqlamasında xalq artisti Fuad Poladov deyib.

Aktyor özünü normal hiss etdiyini deyib: "Ev şəraitində müalicəmi davam etdirirəm. Həkimlər hələ ki, bir irəliləyişin olmadığını deyirlər".

Qeyd edək ki, aktyorun ağciyərində xərçəng aşkarlanıb. Fuad Poladov bu il iyulun 12-də Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb.

Digər xəbərlər