Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib.
Vurğulanıb ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır:
"Xəstənin Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsində kompleks müalicəsi davam edir".