Fərəc Qarayevin əsəri Venesiyada səslənəcək

Bakı. 20 avqust. REPORT.AZ/ Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin "Last Postlude - post..." əsəri oktyabrın 10-da Venesiyada "Biennale musica 2015"də səsləndiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı bəstəkarın şəxsi saytı yayıb. 

Əsəri "Yeni musiqi studiyası" ansamblının solistləri təqdim edəcək. 

Qeyd edək ki, Fərəc Qarayevin bu əsəri fortepiano, vibrafon, kontrabas və simli kvartet üçün yazılıb.

Digər xəbərlər

Macar rejissor Bela Tarr vəfat edib 06 yanvar, 2026 / 16:30