Azərbaycanda Akselerasiya Mərkəzi açılacaq.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birlikdə Azərbaycanda Akselerasiya Mərkəzini açılacaq: "Bu təkcə bizim üçün deyil, həm də MDB regionu, Mərkəzi Asiya və Cənubi Qafqaz üçün unikal olacaq. Buna görə qlobal texnologiya şirkətləri Azərbaycanı öz təyinat məkanları olaraq seçirlər".