Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 55 milyon 566,6 min manat olub.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, bu, 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 6,8 % çoxdur.
Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 41 milyon 831,5 min manat təşkil esib və bir il öncəyə nisbətdə 1,4 % artıb.