2025-ci ildə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 35,3 milyon manat təşkil edib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 1,9 % azdır.
Ötən il xidmətlərin 38,1 %-i özəl sektorda (mobil telefon rabitəsi sahəsində), 65,1 %-i isə qeyri-dövlət sektorunda formalaşıb.
Xatırladaq ki, ötən il Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 3 milyard 989 milyon manat təşkil edib.
Bu, 2024-cü illə müqayisədə 8,7 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 82,8 %-i qeyri-dövlət sektorunun payına düşüb, 69,2 %-i isə əhali sektoruna aid olub.