Azərbaycanda mobil rabitə bazarı 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 987,1 milyon manat dəyərində mobil telefon rabitəsi xidmətləri göstərilib.

Bu barədə "Report" Dövlət Statistika Komitəsindən bildirilib.

Bildirilib ki, bu, ötən ilin 9 ayı ilə müqayisədə 3,3 % çoxdur.

Məlumata görə, 9 ay ərzində informasiya və rabitə müəssisələri ümumilikdə 3 milyard 257,1 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 11,1 % çox xidmət göstərib.

Xidmətlərin 524,3 milyon manatını (16,1 %-ni) internet, 558,8 milyon manatını (17,2 %-ni) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 384,7 milyon manatını (11,8 %-ni) informasiya, 802,2 milyon manatını (24,6 %-ni) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri 32,2 %, internet xidmətləri 21,5 %, informasiya xidmətləri 8,6 %, digər informasiya və rabitə xidmətləri 4,3 % artıb.

Digər xəbərlər