Bu ilin sentyabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 65,61 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, avqust ayına nisbətən 13,8 faiz bəndi, 2025-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə isə 8,95 faiz bəndi çoxdur.
Kompüterlərin bazar payı ötən ay ərzində 13,85 faiz bəndi və ya 29 %, illik müqayisədə isə 8,8 faiz bəndi azalaraq 33,98 % olub.
Sentyabrda planşetlərin bazar payı 0,41 % təşkil edib. Bu göstərici ay ərzində 0,06 faiz bəndi artıb, bir il əvvələ nisbətən isə 0,15 faiz bəndi azalıb.