İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SIM) və Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyası (AİPA) arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, sənədə "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində imza atılıb.
Memorandumu 4SİM-in İdarə Heyətinin sədri Fariz Cəfərov və AİPA-nın rəhbəri Zəfər Küçükşabanoğlu imzalayıb.