Zakir Həsənov Batumiyə gedib

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Batumidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda mayın 23-də keçiriləcək növbəti görüşündə iştirak etmək üçün Batumi şəhərinə gedib.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27