Bakı. 16 fevral. REPORT.AZ/ " Elnur Hüseynzadə ilə bağlı Azərbaycan Hərbi Prokurorluğunda araşdırma aparılır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib.
O bildirib ki, Elnur Hüseynzadə əvvəllər hərbidə xidmət edib: "Amma ermənilərin əlinə düşməzdən əvvəl hərbi xidmətdən tərxis olunub, bu barədə müvafiq əmr var. Bu məsələ ilə bağlı da araşdırma aparılır".