"TURAZ Şahini - 2016" təlimlərində şərti düşmənin hərbi hava limanı məhv edilib - FOTO - VİDEO

Bakı. 20 mart. REPORT.AZ/ Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyiinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərin ssenarisinə əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə F-16 və MiQ-29 qırıcı, Su-25 bombardmançı təyyarələri ilə şərti düşmənin hərbi hava limanının və strateji obyektlerinin məhv edilməsi əməliyyatını keçirib.

Təlimlər davam edir.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27