"Ermənistanın işğalından azad olunan ərazilərdə elə yerlər var ki, bir kvadratmetr sahədən 6 mina çıxır".
"Report" xəbər verir ki, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov mina qurbanlarının iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bir ailədə minanın qurbanı olmuş şəxs varsa, bu, təkcə onların deyil, bir icmanın problemidir, məsuliyyətidir: "Bizi ən çox narahat edən məsələ isə mina qurbanlarının sayının artmasıdır".
H.Səfixanov söyləyib ki, dövlət minadan zərər çəkmiş şəxslərə hər zaman diqqət və qayğı göstərir: "Biz də əlimizdən gələni edirik".