Tbilisidə Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd olunub

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd olunub.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, Hərbi attaşe aparatının əməkdaşları ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbirdə Türkiyənin Gürcüstandakı hərbi attaşesi, polkovnik Bülent Akdeniz, müavinləri - mayor Əkrəm Karakuş və mayor Aydın Tokuşlu da iştirak edib.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27