Qazaxıstanın hərbi gəmisi Bakıya gəlib

Bakı. 23 iyul. REPORT.AZ/ Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 23-də Bakıya gəlib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin gəmi Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq yarışlarında iştirak edəcək. 

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27