Pakistanın Hərbi Dəniz Akademiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan, Banqladeş, Səudiyyə Ərəbistanı və Malayziya HDQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tanışlıq səfəri çərçivəsində kontr-admiral Muştaq Ahmedin başçılıq etdiyi heyət Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.

Digər xəbərlər