Ötən ay sərhəddə 1 milyon manata yaxın qaçaqmal saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2022-ci ilin oktyabr ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilən tədbirlər nəticəsində ümumi dəyəri təqribən 1 milyon 649 min 171 manat оlan qaçaqmal, о cümlədən  tütün məmulatları və mobil telefonlar saxlanılıb.

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 62 kq 608 qram narkоtik vasitəyə oxşar maddə və 11 440 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27