Nazir: "Azərbaycan Pakistanın ərazi bütövlüyünü dəstəkləyir"

"Azərbaycan Pakistan İslam Respublikasının ərazi bütövlüyünü dəstəkləyir".

"Report"un xəbərinə görə, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandı Azərbaycandakı diplomatik fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edərkən deyib. 

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Pakistanın ölkəmizin ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə minnətdarlığını bildirib. 

Digər xəbərlər