"AZE-122" raketinin istehsalını Türkiyədə təlim almış azərbaycanlı məzunlar və gənc mütəxəssislər həyata keçirib.
Bunu "Report"a açıqlamasında "Azroksan"ın baş icraçı direktoru Mehmet Ali Tahancalio oktyabrın 1-də Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) çərçivəsində deyib.
Onun sözlərinə görə, istehsalına başlanan AZ-122 raketinin bütün istehsal prosesini Türkiyədə təlim proqramını bitirən azərbaycanlı məzunlar və gənc mütəxəssislər həyata keçirib:
"Biz burada yalnız məhsul istehsal etmək deyil, həm də müdafiə sənayesi ekosistemini qurmaq və bu sahədə xüsusi iş mədəniyyəti formalaşdırmaq istəyirik. Bu prosesdə "Roketsan"la ciddi əməkdaşlığımız var".