Maykl Karpenter: "ABŞ bu regionda sülh və sabitlik tərəfdarıdır"

Bakı. 1 noyabr. REPORT.AZ/ "ABŞ bu regionda sülh və sabitlik tərəfdarıdır".

"Report" xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter deyib.

M.Karpenter oktyabrın 31-də Azərbaycan rəsmiləri ilə də bu barədə müzakirə apardığını vurğulayıb.
"Təkcə onu deyə bilərəm ki, 2002-ci ildən bəri ABŞ müdafiə və təhlükəsizlik məsələləri ilə əlaqədar Azərbaycana 60 mln. dollardan artıq vəsait ayırıb", - ABŞ rəsmisi xatırladıb.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27