Heydərabadda əsgəri yaşayış kompleksi yenidən qurulub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydərəbad qəsəbəsindəki əsgəri yaşayış kompleksində aparılan yenidənqurma işləri ilə maraqlanıb.

"Report" xəbər verir ki, ötən ildən başlayaraq əsgəri yaşayış kompleksində yenidənqurma işlərinin aparıldığı sədrin diqqətinə çatdırılıb.

Qeyd olunub ki, ümumi sahəsi 1 890 kvadratmetr olan 3 mərtəbəli binada 10 xidməti otaq, 160 yerlik əsgər yataqxanası, 16 yerlik zabit yataqxanası, 176 yerlik yeməkxana, mətbəx, kafe, idman otağı, taktiki sinif, silah otağı, əşya, ərzaq və silah anbarları, hamam-çamaşırxana və qazanxana vardır. Binanın istilik sistemi yenilənib, döşəmə, qapı və pəncərələr dəyişdirilib, qazanxana, yeməkxana və mətbəx yenidən qurulub.

Sonda şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirilib.

Gətirilən ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilib.

Ərazidə içməli su anbarı və kanalizasiya çökdürmə qurğusu quraşdırılıb. Binanın həyətində abadlıq işləri aparılıb, işıqlandırma sistemi qurulub, 2 hektara yaxın yaşıllıq salınıb.

Digər xəbərlər