Hərbi Prokurorluq: Qəsdən adamöldürmə cinayətləri 30 % azalıb

2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adamöldürmə cinayətləri 30 % azalıb.

"Report" xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 %; odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8 %; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 %; xuliqanlıq cinayətləri 83,3 %; mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 % azalıb.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27