Ermənilər Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqelərində silah-sursatı ataraq qaçıblar

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qanunsuz erməni silahlı birləşmələri Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqelərində xeyli sayda silah-sursat ataraq qaçıblar.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Silah-sursat həmin kəndin yaxınlığındakı döyüş mövqeyindən aşkarlanıb.

Xəbər lenti