DSX generalları İkinci Şəhidlər xiyabanını ziyarət edib

Vətən müharibəsinin ildönümü ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27