“Ehtiyat zabit hazırlığı kursu”nda buraxılış imtahanları keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu”nda iştirak edən şəxsi heyətin buraxılış imtahanı keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin nümayəndələrinin iştirakı ilə keçirilən imtahanlarda kursantlardan fiziki hazırlıq üzrə məqbullar qəbul edilib, onların nəzəri bilikləri yoxlanılıb və müxtəlif çaplı silahlardan atış normativləri yerinə yetirilib.

Digər xəbərlər