Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2022-ci ilin oktyabr ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 238 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, ötən ay ölkədən çıxışı qadağan olan 357 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 27 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.