“Bu il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan ümumi məhsul həcminin 60 %-dən çoxunu ixraca yönəltmək mümkün olub".
Bu barədə “Report”a nazirlikdən məlumat verilib.
Bildirilib ki, bunun nəticəsində nazirliyin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilib.
Məlumata görə, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində ümumi istehsal həcmi 2020-ci illə müqayisədə 10 % artıb.