Beynəlxalq Ordu Oyunları Azərbaycanda da keçiriləcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Beynəlxalq Ordu Oyunları gələn il Azərbaycan ərazisində də keçiriləcək.

“Report” RİA "Novosti”yə isitinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ümumrusiya Silahlı Qüvvələri Veteranlarının İctimai Təşkilatının konfransında bildirib.

“Bu il yarışda 19 xarici dövlətin yüzdən çox komandası iştirak edib. Bəzi yarışların Azərbaycan, Belarus, Qazaxıstan və Çin ərazisində keçirilməsi planlaşdırılır”, - deyə o vurğulayıb.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27