Azərbaycan Ordusunun Baş Qərargah rəisi Şuşada hərbçilərlə görüşüb, tapşırıqlar verib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissələri, o cümlədən Komando hərbi hissəsini ziyarət edib, həmçinin Şuşada xidmət edən hərbi qulluqçularla görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik K.Vəliyev hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması barədə tapşırıqlar verib.

Qeyd edək ki, general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə olublar.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27