Bakıda “Dəniz kuboku - 2017” müsabiqəsinin planlaşdırma konfransı keçirilib

Bakı. 9 iyun. REPORT.AZ/ Bakıda Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri nümayəndə heyətlərinin iştirakı ilə cari ilin avqust ayında ölkəmizin Xəzər dənizindəki ərazi sularında keçirilməsi nəzərdə tutulan “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, konfrans zamanı müsabiqənin keçirilmə qaydaları, təhlükəsizlik məsələləri, həmçinin yarışlar zamanı təşkil olunacaq mədəni-ictimai tədbirlər müzakirə edilib. 

Sonra konfrans iştirakçıları tərəfindən müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.

Sonda konfransın yekun protokolu imzalanıb.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27