Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Gürcüstanın Müdafiə Nazirliyi arasında imzalanan 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, noyabrın 6-da Bakıda hər iki ölkənin müvafiq qurumlarının təhsil üzrə ekspertləri arasında işçi görüşü başlayıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
İki gün davam edəcək görüşdə NATO-nun STANAG testlərinin tərtibatına və qarşılıqlı sınaqdan keçirilməsinə dair fikir mübadiləsi aparılacaq.